Böyük Britaniya ilə kommersiya əməkdaşlığını daha da dərinləşdirmək üçün birlikdə işləməyə davam edəcəyik – Ömər Bolat

Böyük Britaniya ilə kommersiya əməkdaşlığını daha da dərinləşdirmək üçün birlikdə işləməyə davam edəcəyik – Ömər Bolat

Bakı. TurkicWorld:

Böyük Britaniya ilə kommersiya əməkdaşlığını daha da dərinləşdirmək üçün birlikdə işləməyə davam edəcəyik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Ticarət naziri Ömer Bolat deyib.

Bolat Böyük Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət Naziri Kemi Badenok ilə videokonfrans görüşü keçirib.

"Beynəlxalq Ticarət üzrə Dövlət Naziri cənab Kemi Badenoch ilə məhsuldar video konfrans keçirdik. Güclü iqtisadiyyatımızı daha da inkişaf etdirmək üçün qarşıdakı dövrdə atacağımız addımları müzakirə etdik.” – deyə o bildirib.