Son dəqiqə

PKK İraq Türkiyə Silahlı Qüvvələri

İraqda Türkiyə Silahlı Qüvvələri PKK terrorçusunu zərərsizləşdirib

Bakı. TurkicWorld:

İraqın şimalından Türkiyəyə qarşı bir çox hücumlarda iştirak edən PKK terrorçusu Zəfər Akgün Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatda zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, iyunun sonunda İraqın şimalında hərəkətdə olan bir qrup terrorçu aşkar edilib.

Bölgədə pilotsuz döyüş aparatlarının köməyilə aparılan əməliyyatda sözügedən terror qruplaşması zərərsizləşdirilib.

Araşdırmalardan sonra zərərsizləşdirilən terrorçular arasında Türkiyə və İraqın şimalından Mehmetçikə qarşı bir çox hücumlarda iştirak edən Zana Govend kod adlı terrorçu Zəfər Akgünün də olduğu müəyyən edilib.

Mövzuya görə xəbərlər