Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək göstərdiyi üçün Türkiyəyə minnətdaram - Zelenski

Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək göstərdiyi üçün Türkiyəyə minnətdaram - Zelenski

Bakı. TurkicWorld:

Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək göstərdiyi üçün Türkiyəyə minnətdaram.

TurkicWorld-un məlumatına görə, bunu Ukrayna prezidenti Volodimer Zelenski Türkiyədə keçirilən mətbuat konfransı zamanı bildirib.

“Qara dəniz taxıl dəhlizi müqaviləsi və Ukraynanın taxıl təşəbbüsünə verdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm”, - deyə prezident əlavə edib.

O, həmçinin sülh planını həyata keçirmək istədiklərini və Türkiyənin bu məsələdə liderliyi öz üzərinə götürməyə hazır olduğunu bildirib.