Önümüzdəki ay Rusiya prezidentinin Türkiyəyə rəsmi səfəri planlaşdırılır - Ərdoğan

Önümüzdəki ay Rusiya prezidentinin Türkiyəyə rəsmi səfəri planlaşdırılır - Ərdoğan

Bakı. TurkicWorld:

Önümüzdəki ay Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ukrayna-Rusiya müharibəsi zamanı ələ keçirilən əsirlərin qarşılıqlı mübadiləsi ilə bağlı danışıqlar aparılır. Önümüzdəki ay Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək" - deyə o qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski dünən türkiyəyə rəsmi dəfər edib.