Bakı. TurkicWorld:
Hazırkı vəziyyətdə Türkiyə xalqı İsveçin NATO-ya üzvlüyünü xoş qarşılamır.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib.
"İsveçin üzvlük statusu ilk olaraq 6 iyul 2023-cü ildə Brüsseldə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək toplantıda müzakirə olunacaq. Daha sonra 11-12 iyul 2023-cü il tarixlərində Vilnüs sammitində müzakirə olunacaq. Hərçənd ki, İsveç hökuməti antiterror qanununda düzəliş etsə də, 1 iyun 2023-cü il tarixində Türkiyənin ekstradisiyasını tələb etdiyi PKK və FETÖ xainlərini hələ də təslim etməyib. Türkiyənin İsveçlə bağlı verəcəyi qərar, ölkəmizin milli maraqlarına xidmət edəcək. Hazırkı vəziyyətdə isə Türkiyə xalqı İsveçin NATO-ya daxil olmasını xoş qarşılamır",- deyə Bahçeli bildirib.
Xatırladaq ki, iyunun 28-də İsveçdə Qurban bayramının ilk günü polis əməkdaşlarının qoruması altında Quranın yandırıldığı təxribat xarakterli aksiya həyata keçirilib.