Bakı. TurkicWorld:
Fransa immiqrasiya və irqçiliyin mərkəzinə çevrilib.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib.
"Fransada baş verən etirazlar Belçikaya da yayılıb. Fransa immiqrasiya problemi və irqçiliyin əsas qaynağına çevrilib. Hal-hazırda Fransada insani dəyərlərə məhəl qoyulmur", - deyə Bahçeli vurğulayıb.
Xatırladaq ki, iyunun 27-də Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisədən sonra ölkəni etiraz dalğası bürüyüb.