Bakı. TurkicWorld:
137 gündür Atlantik okeanında səyahət edən və bir müddət əvvəl şəxsi qayığı ilə dənizdə itən fransız səyahətçi Didye Bovard Amerika Sahil Mühafizəsinin xəbərdarlıq mesajı ilə Puerto Riko sahillərində türk dənizçiləri tərəfindən xilas edilib.
TurkicWorld xəbər verir ki, bu barədə türk gəmisinin kapitanı Necati Doğan sosial media hesabında paylaşım edib.
O bildirib ki, dörd saat davam edən axtarışdan sonra Didye Bovard tapılıb. Xilasetmə əməliyyatı isə altı saat davam edib.
"200 metrə qədər kəndir ata bilən aparatı götürüb göyərtəyə keçdim. Kişiyə fit çalaraq xəbərdarlıq etdik. 200 metrlik nazik kəndirin bir tərəfini altı metrlik qayığa ataraq onu xilas etdik", - deyə gəminin kapitanı qeyd edib.
Ləman Əsədli
Twitter: Lamanasadli01





