Meral Akşener ikinci dəfə altılı masadan ayrılıb

Meral Akşener ikinci dəfə altılı masadan ayrılıb

Bakı. TurkicWorld:

Türkiyənin müxalifət İYİ Partiyasının sədri Meral Akşener ikinci dəfə prezident Rəcəb Tayyib Ərdoğana qarşı siyasi koalisiyadan ayrılıb.

TurkicWorld xəbər verir ki, İYİ Partiyanın qurultayında açıqlayıb.

Qeyd edək ki, M.Akşener ölkədə keçirilən prezident seçkiləri öncəsi altılı masadan kimin namizəd olacağı ilə bağlı aylarla görüşlər keçirdikdən sonra Kılıçlaroğlunun namizədliyini irəli sürməsindən sonra nəticəni təsdiqləməyərək masadan ayrılıb. Seçki dönəmində isə yenidən altılı masaya qayıdıb.

Məlumat üçün bildirək ki, altılı masa Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiya, Demokratiya və Atılım Partiyası (DEVA) və Gələcək Partiyası tərəfindən 12 fevral 2022-ci ildə keçirilən ilk toplantı ilə qurulan siyasi quruluşdur.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

Nəticədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 milyon 834 min 574 (52,18 %), Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 25 milyon 475 min 724 səs (47,82 %) toplayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01