Son dəqiqə

Türkiyə Haluk Görgün Türkiyə Müdafiə Sənayesi Komitəsi STM

Haluk Güngör STM idarə heyəti sədri seçilib

Bakı. TurkicWorld:

Türkiyə Müdafiə Sənayesi naziri Haluk Görgün STM İdarə Heyətinin sədri seçilib.

TurkicWorld-un məlumatına görə, bu haqda Türkiyə Müdafiə Sənayesi Nazirliyi tərəfindən bildirilib.

Mühəndislik, texnologiya və məsləhət sahələrində 30 ildir müdafiə sənayesinə xidmət edən STM bu gün hərbi dəniz platformalarından taktiki mini İHA sistemlərinə, peyk tədqiqatlarından kiber təhlükəsizliyə, böyük məlumat analitikasına qədər strateji sahələrdə əsas imkan və texnologiyalarından istifadə edir.

Məlumat üçün qeyd edək ki, STM süni intellekt tətbiqlərinə ehtiyacı olan kritik sahələrdə də araşdırmalar aparır.

Xatırladaq ki, Haluk Görgün iyunun 5-də Müdafiə Sənayesi Başçısı vəzifəsinə təyin edilib.

Haluk Görgün bundan öncə ASELSAN şirkətinin baş direktor vəzifəsini icra edib.

Mövzuya görə xəbərlər