Meral Akşenerden CHP ilə bağlı sərt açıqlama

Meral Akşenerden CHP ilə bağlı sərt açıqlama

Bakı. TurkicWorld:

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə əməkdaşlıq etmək istəyənlər mənim yanımda olmayacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin müxalifət İYİ Partiyasının sədri Meral Akşener partiya iclasında deyib.

"İYİ Partiya bundan sonra siyasətə CHP ilə deyil, öz düşüncələri ilə davam edəcək. İYİ Partiya yarandığı gündən CHP ilə əməkdaşlıq edib, lakin artıq iki seçki keçirilib. Bunlar göstərdi ki, İYİ Partiya öz ayaqları üstündə dayana biləcək", - deyə o bildirib.

Məlumat üçün bildirək ki, İYİ Parti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı qurulan altılı siyasi koalisiyadan biridir.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

Nəticədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 milyon 834 min 574 (52,18 %), Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 25 milyon 475 min 724 səs (47,82 %) toplayıb.

Ləman Əsədli

Twitter: lamanasadli01