Baykar şirkəti “İxrac Çempionu” elan edilib

Baykar şirkəti “İxrac Çempionu” elan edilib

Bakı. TurkicWorld:

Dünyada öz sahəsində ən yaxşılardan biri kimi tanınan, Türkiyənin müdafiə şirkəti Baykar “İxrac Çempionu” elan edilib.

TurkicWorld-un məlumatına görə, İstanbulda Türkiyə İxracatçılar Məclisinin 30-cu Baş Assambleyası və İxrac Çempionlarının Mükafatlandırma Mərasimi keçirilib.

“Baykar şirkəti Türkiyə İxracatçılar Məclisi tərəfindən Müdafiə və Aviasiya sektorlarında “İxrac Çempionu” elan olundu. Milli və yerli olaraq inkişaf etdirdiyimiz SİHA BayraktarTB2 ilə Baykar olaraq sənayemizin ümumi ixracatının 28%-ni reallaşdırmışıq.” – deyə Haluk Bayraktar qeyd edib.

O qeyd edib ki, 30 ölkə ilə ixrac müqaviləsi bağlanan Bayraktar TB2 SİHA-ları alan ölkələrin hamısı bu alışları öz müdafiə büdcələrindən qarşılayıb.

Məlumat üçün bildirək ki, Bayraktar TB2 PUA-nın Türkiyə tərəfindən ixrac edildiyi ölkələr sırasıyla Qətər, Liviya, Ukrayna, Azərbaycan, Türkmənistan, Mərakeş, Efiopiya, Qırğızıstan, Pakistan, Cibuti, Burkina Faso, Ruanda, Toqo, Niger, Nigeriya, Polşa, Mali və Küveytdir.

Hafiz Rufizoğlu

@rufizoglu