Son dəqiqə

Türkiyə Türk Dövlətləri Təşkilatı Kubanıçbek Ömüraliyev Hakan Fidan

Hakan Fidan Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu haqda Türkiyə XİN öz twitter hesabında paylaşım edib.

TDT baş katibi ilə yanaşı Hakan Fidan Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) sədri Nail Olpak və ABŞ-ın Ankaradakı səfiri Cefri L. Flake ilə görüşüb.

Xatırladaq ki, 3 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Hakan Fidan Nazirlər Kabinetində Xarici İşlər Nazirliyinə təyin edilib.

Mövzuya görə xəbərlər