Bakı, TurkicWorld:
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən istehsal edilən Hürjet hərbi təyyarəsinin sınaq uçuşları davam edir.
TurkicWorld xəbər verir ki, "Özgür" layihəsi çərçivəsində modernləşdirilən F-16 qırıcı təyyarəsi sınaq uçuşu zamanı Hürjet-i müşayiət edib.
Məlumata əsasən, Hürjet-in hazırlıqları tamamlandıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin pilotlarının, o cümlədən Milli Döyüş Təyyarəsi KAAN-ın uçuş heyətinin təlimində istifadə olunacağı gözlənilir.
Qeyd edək ki, Hürjet hərbi təyyarəsi F-5 təyyarələrinin yerinə Türk Hava Qüvvətləri inventarına daxil edilib. Hərbi təyyarənin silahlı variantı da mövcuddur və geniş missiyaları ilə döyüş meydanında mühüm rol oynayır.Təyyarə 2023-cü ilin mart ayında ilk uçuşunu həyata keçirib.
Ləman Əsədli
Twitter: lamanasadli01