Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurası

Ərdoğanın rəhbərliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının sabah ilk iclası keçiriləcək

Bakı, TurkicWorld:

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının sabah ilk iclası keçiriləcək.

TurkicWorld xəbər verir ki, iclasa vitse-prezident Cevdet Yılmaz, Ədliyyə naziri Yılmaz Tunç, Xarici İşlər naziri Hakan Fidan, Daxili İşlər naziri Ali Yerlikaya, Milli Müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Musa Avsever qatılacaq.

Məlumata əsasən, iclasda Şimali İraq və Suriyada həyata keçirilən terrorla mübarizə əməliyyatları başda olmaqla strateji, regional və milli təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, 3 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər