TBMM-də millət vəkillərinin andiçmə mərasimi başlayıb

TBMM-də millət vəkillərinin andiçmə mərasimi başlayıb

Bakı, TurkicWorld:

Türkiyə Böyük Millət Məclisində (TBMM) Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Devlet Bahçelinin müvəqqəti sədrliyi ilə millət vəkillərinin andiçmə mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki, andiçmə mərasiminə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Məlumata əsasən, MHP rəhbərinin andiçməsi ilə başlayan mərasimdə 600 millət vəkili andiçmə mətnini oxuyub.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

Seçkilərdə Ədalət və İnkişaf Partiyasından (AK Parti) 268, Cümhuriyyət Xalq Partiyasından (CHP) 169, Yaşıl Sol Partiyasından 61, Milliyyətçi Hərəkat Partiyasından (MHP) 50, İYİ Partidən 43, Yenidən Rifah Partiyasından isə beş millət vəkili seçilib.

Bundan əlavə, 28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.

Ləman Əsədli
Lamanasadli01