Ərdoğan Devlet Bahçeliyə vitse-prezident vəzifəsi təklif edib

Ərdoğan Devlet Bahçeliyə vitse-prezident vəzifəsi təklif edib

Bakı, TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Devlet Bahçeliyə vitse-prezident vəzifəsi təklif edib.

TurkicWorld xəbər verir ki, MHP rəhbəri bu təklifi qəbul etməyib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

Seçkilərdə Ədalət və İnkişaf Partiyasından (AK Parti) 268, Cümhuriyyət Xalq Partiyasından (CHP) 169, Yaşıl Sol Partiyasından 61, Milliyyətçi Hərəkat Partiyasından (MHP) 50, İYİ Partidən 43, Yenidən Rifah Partiyasından isə beş millət vəkili seçilib.

Bundan əlavə, 28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.

Ləman Əsədli
Lamanasadli01