Xalqımız seçkilərin hər iki turunda Türkiyə əsrinə sahibləndiyini göstərib - Ərdoğan

Xalqımız seçkilərin hər iki turunda Türkiyə əsrinə sahibləndiyini göstərib - Ərdoğan

Bakı, TurkicWorld:

Türkiyədə 14 və 28 may tarixlərində keçirilən seçkilərin nəticələrindən biri də Prezident İdarəetmə Sisteminin növbəti dəfə xalqın etimadını doğrultmasıdır, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Xalqımız seçkilərin hər iki turunda Türkiyə əsrinə sahibləndiyini göstərib. Millətimizlə birlikdə 29 oktyabr 2023-cü ildə Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. Türkiyə əsri daha böyük hədəflərə çatmaq əzmidir. Seçimindən asılı olmayaraq səsvermədə iştirak edərək milli iradəsinə sahib çıxan bütün vətəndaşlarımıza təşəkkür edirəm", - deyə prezident Ərdoğan qeyd edib.

Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan 52,16% səslə 28 may tarixində Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib olub.

Ləman Əsədli
Lamanasadli01