Bu qələbə ölkəni terrorçulara əmanət etmək istəməyən xaricdə yaşayan vətəndaşlarımızın qələbəsidir - Ərdoğan

Bu qələbə ölkəni terrorçulara əmanət etmək istəməyən xaricdə yaşayan vətəndaşlarımızın qələbəsidir - Ərdoğan

Bakı, TurkicWorld:

Son vaxtlar siyasi şantaj kimi istifadə olunan viza problemini ən qısa zamanda həll edəcəyik, TurkicWorld xəbər verir ki, bu sözləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ticarət və Sənaye Palatasının (TOBB) Baş Assambleyasında çıxışı zamanı deyib.

Prezident Ərdoğan onu da qeyd edib ki, seçkilərin qalibi Türkiyə demokratiyası və xalqın milli iradəsidir.

"Bu qələbə ölkəni terrorçulara əmanət etmək istəməyən xaricdə yaşayan vətəndaşlarımızın qələbəsidir. İstər ölkə daxilində, istər xaricdə səsvermədə rekord sayda seçici iştirak edib", - deyə o bildirib.

Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan 52,16% səslə 28 may tarixində Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib olub.

Ləman Əsədli
Lamanasadli01