Türkiyəni Livana, Livya, İraqa çevirmək istəyənlərin arzusu ürəyində qalıb - Ceyhun Məmmədov (Özəl)

Türkiyəni Livana, Livya, İraqa çevirmək istəyənlərin arzusu ürəyində qalıb - Ceyhun Məmmədov (Özəl)

Bakı, TurkicWorld:

Türkiyəni Livana, Livya, İraqa çevirmək istəyənlərin arzusu ürəyində qalıb..

Bu sözləri TurkicWorld-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, Türkiyə xalqı bu gün xoşbəxt gələcəyə səs verdi.

“Azərbaycan xalqı da bu gün Türkiyə dövləti qədər sevinir. Türkiyə düzgün seçim etdi.Türkiyə xalqı öz dəyərlərinə sahib çıxdı. O bu gün bütün dünyaya demokratiya dərsi verdi və demokratik dəyərlərə, öz tarixi ənənələrinə sadiqliyini açıq şəkildə bir daha sübut etdi”, -deyə millət vəkili qeyd edib.

C. Məmmədov bildirib ki, Türkiyədə seçkilərin uğurla başa çatması Azərbaycanı daha da gücləndirəcək.

“Bu qələbədə Azərbaycan xalqının da rolu böyük oldu. Yaşasın Türkiyə və Azərbaycan dostluğu və qardaşlığı”,- deyə o vurğulayıb.

@MXalilbekova

Mehriban Xəlilli