Bakı. TurkicWorld:
Türkiyə xalqı bugün tarix yazıb.
TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli açıqlamasında bildirib.
"Türkiyə dünya miqyasında demokratiya standartlarının müqayisəsinə nail oldu" - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda 52,07%-lə qələbə qazanıb.