Seçkilərin qalibi Türkiyə xalqıdır - Türkiyə Prezidenti

Seçkilərin qalibi Türkiyə xalqıdır - Türkiyə Prezidenti

Bakı. TurkicWorld:

Seçkilərin qalibi Türkiyə xalqıdır.

TurkicWorld-un məlumatına görə, Türkiyə Prezidenti hal-hazırda İstanbulda zəfər çıxışını edir.

"Bizə demokratiya zəfərini yaşadan millətimizə təşəkkür edirəm. Xalqımız seçimi nəticəsində növbəti 5 il ərzində onlara qürurla xidmət etməyimizə icazə verdi. Sizə 21 ildir xidmət etdiyimiz kimi, yenə də xidmətə davam edəcəyik. Bu gün qələbə qazanan yalnız Türkiyədir", - deyə Prezident vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda 52,08%-lə liderlik edir. Onu 47,92% səslə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu izləyir.