Səsvermədə iştirak edənlərin sayı Türkiyənin demokratik prinsiplərə əsaslandığını göstərir - Fuat Oktay

Səsvermədə iştirak edənlərin sayı Türkiyənin demokratik prinsiplərə əsaslandığını göstərir - Fuat Oktay

Bakı, TurkicWorld:

İstər xaricdə, istər Türkiyədə yaşayan türk vətəndaşlarının səsvermədə yüksək göstəricidə iştirakı ölkəmizin demokratik prinsiplərə əsaslandığını göstərir, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

"Qərb ölkələrinin Türkiyə ilə bağlı "diktatorluq" iddiaları tamamilə əsassızdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qalib olmasına çox az göstərici qaldığı halda seçkilərin ikinci tura qalması bunu sübut etdi", - deyə F.Oktay qeyd edib.

F.Oktay onu da bildirib ki, Türkiyə xalqı seçkilərin ilk turunda PKK və FETÖ terror təşkilatlarının əməkdaşlarına ölkəni əmanət etməyəcəklərini göstərdi və 28 may tarixində bunu bir daha göstərəcək.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli
Lamanasadli01