28 mayda xalqımızla birlikdə yeni Türkiyə inşa edəcəyik - Ərdoğan

28 mayda xalqımızla birlikdə yeni Türkiyə inşa edəcəyik - Ərdoğan

Bakı, TurkicWorld:

28 mayda xalqımızla birlikdə yeni Türkiyə inşa edəcəyik, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi twitter hesabında bildirib.

"21 il ərzində 85 milyon vətəndaşımıza xidmət göstərərək yalnız xalqın mənfəətlərini düşündüyümüzü isbat etdik. Biz əqidəsindən, məzhəbindən, milliyyətindən, siyasi seçimindən asılı olmayaraq, heç bir vətəndaşımız arasında ayrı-seçkilik etmirik", - deyə R.T.Ərdoğan qeyd edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli
Lamanasadli01