Bu günə qədər yalnız özümüzlə rəqabət apardıq - Ərdoğan

Bu günə qədər yalnız özümüzlə rəqabət apardıq - Ərdoğan

Bakı, TurkicWorld:

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) olaraq bu günə qədər yalnız özümüzlə rəqabət apardıq, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanal D və CNN ortaq yayımında deyib.

"Hər zaman öz rekordlarımızı daha da yüksəltməyə çalışmışıq, lakin təəssüf ki, bu günə qədər yenilikçi, gördüyü xidmətlərlə bizlə rəqabət aparan müxalifət görmədik", - deyə prezident Ərdoğan qeyd edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli
Lamanasadli01