Bakı. TurkicWorld:
Türkiyə enerji aslılığından qurtulmağı hədəfləyir.
TurkicWorld-un məlumatına görə, bu haqda Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez Atatürk Mədəniyyət Mərkəzindəki çıxışında bildirib.
"İndi öz qazımızı hasil etməyə başlayacağıq. Neftdə də oxşar vəziyyətlə qarşılaşırıq. Yeni kəşflərlə növbəti bir neçə ildə Türkiyənin neft hasilatı ən az 2 dəfə artacaq." – deyə Dönmez bildirib.
O qeyd edib ki, Türkiyənin məqsədi enerjidə tam müstəqil olmaqdır.
"35 ildir ancaq evimizə çatacaq qazımız var idi. Bu gün isə qazın demək olar ki, əhalimizin 80 faizi ölkə daxilində təbii qaza çıxışı var” – deyə nazir qeyd edib.
Qeyd edək ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.
Bundan əlavə, aprelin 19-da Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də Qara dəniz qazının istismara verilməsi mərasimində təbii qazın əhaliyə 1 ay ərzində ödənişsiz veriləcəyini bildirib.