Bakı, TurkicWorld:
Sinan Oğanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi seçkilərdə kimin qalib gələcəyini göstərdi, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
"14 maydan sonra Ata İffiqanın dağıldığı kimi Millət İttifaqı da dağılacaq. Prezident namizədini belə seçə bilməyən bir ittifaqın Türkiyəni idarə etməsi mümkün deyil. Xalqımız bunu 14 may tarixində də göstərdi", - deyə F.Oktay qeyd edib.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Ləman Əsədli
Lamanasadli01