Biz Ərdoğanın qələbəsinə inanırıq – Ceyhun Məmmədov (ÖZƏL)

Biz Ərdoğanın qələbəsinə inanırıq – Ceyhun Məmmədov (ÖZƏL)

Bakı, TurkicWorld

Biz Ərdoğanın qələbəsinə inanırıq, Bu sözləri TurkicWorld-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan xalqı Türkiyədə keçiriləcək prezident seçkilərini diqqətlə izləyir.

“Hər bir azərbaycanlının qəlbi Türkiyə ilə döyünür. Şübhəsiz ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin güclənməsi və möhkəmlənməsi üçüm çox mühüm addımlar atıb. Fikrimcə, o, yenidən prezident seçilərsə, Türkiyənin inkişafında çox böyük irəliləyişlər edəcək. Biz Ərdoğanın iradəsinə və əzminə güvənərək, onun mayın 28-də keçiriləcək prezident seçkilərində qələbə qazanacağına inanırıq”,- deyə millət vəkili bildirib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Mehriban Xəlilli

@MXalilbekova