Azərbaycanın mənfəətləri bütün dünyada bizim üçün önəmlidir - Çavuşoğlu

Azərbaycanın mənfəətləri bütün dünyada bizim üçün önəmlidir - Çavuşoğlu

Bakı, TurkicWorld:

Avropanın Azərbaycan qazına ehtiyacı var, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

M.Çavuşoğlu onu da qeyd edib ki, bu baxımdan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tutumunu artırılması vacibdir.

Türkiyəli nazir Ermənistan Baş naziri Nikol Paşinyanın "Qarabağı Azərbaycan torpağı kimi tanıyacağıq" açıqlaması ilə bağlı bildirib ki, Türkiyə bu mövzu ilə bağlı Ermənistanla görüşlərə başlayıb və xüsusi nümayəndələr təyin edilib.

"Bu baxımdan, hava məkanımızı üçüncü ölkələrə gedən təyyarələr üçün açdıq. Azərbaycanın mənfəətləri təkcə bu bölgədə deyil, bütün dünyada bizim üçün önəmlidir", - deyə o vurğulayıb.

Ləman Əsədli

Twitter: lamanasadli01