Azərbaycan Türkiyənin Anadolu Agentliyini mükafatlandırıb

Azərbaycan Türkiyənin Anadolu Agentliyini mükafatlandırıb

Bakı, TurkicWorld:

Türkiyənin Anadolu Agentliyinin (AA) baş direktor müavini və baş redaktoru Yusuf Özhan 2-ci Qarabağ müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsində fəaliyyətlərinə görə Azərbaycanın "Şəms Milli Mükafatı"na layiq görülüb.

TurkicWorld xəbər verir ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Milli Dram Teatrında keçirilən mükafatlandırma mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edib.

Məlumata əsasən, tədbirdə çıxış edən C.Bağçı 2-ci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana, Kahramanmaraş zəlzələlərindən sonra Azərbaycanın Türkiyəyə dəstəyindən bəhs edib.

Bundan əlavə, Y.Özhanın mükafatı AA Asya Qafqaz Xəbərlər redaktoru Tolga Özgençə təqdim edilib.

Ləman Əsədli

Twitter: lamanasadli01