Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezident seçkiləri Sinan Oğan

Türkiyə qarşı-qarşıya olduğu problemlərin həllini Ərdoğanda görür - Şanxay Universiteti Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı

Bakı. TurkicWorld:

Sinan Oğanın Rəcəb Tayyib Ərdoğana verdiyi dəstək göstərir ki, Türkiyənin qarşı-qarşıya olduğu problemlərin həllini Ərdoğanda görür.

TurkicWorld xəbər verir ki, bunu Trend-un suallarını cavablandırarkən Şanxay Universiteti Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacun deyib.

O qeyd edib ki, bu dəstək ikinci tur prezident seçkilərinə müsbət təsir göstərəcək.

"Seçkilərin ilk turunda Sinan Oğana səs verən seçicilər qərarsız qalmışdılar. Nə R.T.Ərdoğanı nə də Kamal Kılıçdaroğlunu seçdilər. Bu seçicilər Sinan Oğanın Ərdoğana dəstək zamanı söylədiyi fikilər və tezislər sayəsində ikinci turda seçimlərini edəcəklər. Təbii ki, bu bütün seçicilərin R.T.Ərdoğana səs verəcəyini göstərmir. Sinan Oğanın Iğdırlı olması, eyni zamanda Ərdoğanın yürütdüyü xarici siyasətdə Qarabağın azad edilməsi üçün önəmli addımlar atması, S.Oğanın dəstək qərarınını səbəblərindən biri ola bilər. Nəzərə alsaq ki, qarşı tərəf, CHP Türkiyənin Azərbaycana verdiyi haqlı dəstəyi siyasi səbəblərdən tənqid edib. Sinan Oğanın Rəcəb Tayyib Ərdoğana verdiyi dəstək göstərir ki, Türkiyənin qarşı-qarşıya olduğu problemlərin həllinİ Ərdoğanda görür", - deyə S.Yeniacun bildirib.

Qeyd edək ki, iki gün öncə Türkiyənin "ATA Alyansı"nın prezident namizədi Sinan Oğan ölkədə keçirilən seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

İlk tur seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Mövzuya görə xəbərlər