Türkiyədə yeni mini peyk buraxılış sistemi hazırlanacaq

Türkiyədə yeni mini peyk buraxılış sistemi hazırlanacaq

Bakı, TurkicWorld:

Türkiyədə yeni mini peyk buraxılış sistemi hazırlanacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi rəhbəri İsmail Dəmir bildirib.

"İlkin mərhələdə hədəf 100 kiloqramlıq peykləri 300 kilometr orbitə yerləşdirməkdir. Daha sonra isə 1.5 tonluq peyklər 700 kilometr orbitə yerləşdiriləcək", - deyə İ.Dəmir qeyd edib.

Qeyd edək ki, Türkiyənin ilk yerli müşahidə peyki İMECE aprelin 15-i yerli vaxtla saat 10:47- də Amerikanın SpaceX şirkətinin Falcon 9 raketi ilə orbitə göndərilib.

Ləman Əsədli

lamanasadli01