Sinan Oğanla vəzifə barədə heç bir razılıq olmayıb - Ərdoğan

Sinan Oğanla vəzifə barədə heç bir razılıq olmayıb - Ərdoğan

Bakı, TurkicWorld:

Sinan Oğanla vəzifə barədə heç bir razılıq olmayıb, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT canlı yayımında açıqlaması zamanı bildirib.

"Sinan Oğanın Fövqəladə Hallar Nazirliyinin qurulması kimi təklifi var. Bu məsələlər müzakirə edilə bilər. Bu məsələ Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) deyil, nazirlik olaraq yenidən gündəmə gələ bilər", - deyə prezident Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Sinan Oğan dünən prezident seçkilərinin ikinci turunda Rəcəb tayyib Ərdoğanı dəstəklədiyini açıqlayıb.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

lamanasadli01