Qara dənizin şərqində neft tapılma ehtimalı var - Fatih Dönməz

Qara dənizin şərqində neft tapılma ehtimalı var - Fatih Dönməz

Bakı, TurkicWorld:

Qara dənizin şərqində neft tapılma ehtimalı var, bunun üçün növbəti mərhələdə həmin ərazilərdə araşdırmalar aparılacaq, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Energetika və Təbii sərvətlər naziri Fatih Dönməz Haber Global canlı yayımında deyib.

"Hazırda işlər Zonquldak vilayətində davam edir. Trabzon-Rizə dənizində daha bir qazmamız olacaq. Qərbdən şərqə qədər neft potensialı olan hər yerdə tədqiqat işləri aparılacaq", - deyə nazir Dönməz vurğulayıb.

F.Dönməz onu da qeyd edib ki, Türkiyənin Qabar dağından çıxarılan neft dünyanın ən keyfiyyətli neftidir.

"Əvvəl terrorçuların yuvası olan Qabar dağına girmək mümkün deyildi. Qabar terrorçulardan təmizləndikdən sonra aydın oldu ki, terror fəaliyyəti təkcə ölkəni parçalamaq deyil, həm də yeraltı sərvətlərdən istifadə etməyimizə əngəl olmaq məqsədi daşıyırdı", - deyə Türkiyəli nazir əlavə edib.

Qeyd edək ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Ləman Əsədli

lamanasadli01