Rəcəb Tayyib Ərdoğanın Sinan Oğanla görüşü başa çatıb

Rəcəb Tayyib Ərdoğanın Sinan Oğanla görüşü başa çatıb

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan arasında görüş başa çatıb.

TurkicWorld bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata görə, görüş təxminən 1 saat davam edib. Görüşdən sonra Prezident Ərdoğan Dolmabağça sarayından ayrılıb.

Hələlik görüşlə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini açıqlayıb.

Xatırladaq ki, Türkiyənin Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkilərin ikinci turunda dəstəkləyəcəyi namizəddən bir sıra şərtlər tələb edib.

Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.