Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcək

Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcək

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci turda Sinan Oğanın şərtlərini qəbul etməyəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bildirib.

O bildirib ki, ikinci tur seçkilərdə həlledici rolu xalq oynayacaq.

Qeyd edək ki, Türkiyənin Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkilərin ikinci turunda dəstəkləyəcəyi namizəddən bir sıra şərtlər tələb edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.