Sinan Oğanın nazir postu müqabilində Kılıçdaroğlunu dəstəkləyəcəyi iddia edilir

Sinan Oğanın nazir postu müqabilində Kılıçdaroğlunu dəstəkləyəcəyi iddia edilir

Bakı, TurkicWorld:

Türkiyənin ATA İttifaqının prezident namizədi Sinan Oğanla Cümhuriyyət Xalq Partiyasının rəhbəri (CHP) Kamal Kılıçdaroğlunun sabah görüşü baş tutacaq.

TurkicWorld xəbər verir ki, Sinan Oğanın seçkilərdə Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyi iddia edilir.

Qeyd edək ki, Sinan Oğan 28 may tarixində keçiriləcək seçkilərdə kimi dəstəkləyəcəyi ilə bağlı qərarı mayın 19-da açıqlayacaq.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərinin ilk turu mayın 14-də keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01