Türkiyə yerli F-16 istehsal edəcək

Türkiyə yerli F-16 istehsal edəcək

Bakı, TurkicWorld:

Türkiyə müdafiə sənayesində xaricdən asılılığı azaltmaq üçün "Özgür" F-16 Modernizasiya Layihəsi çərçivəsində yerli F-16 təyyarələri istehsal edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi rəhbəri İsmail Demir bildirib.

O, həmçinin bildirib ki, F-16 "Özgür" təyyarələrinin ATMACA Gəmi Əleyhinə Raketi və GEZGİN raketlərini daşıyacağı, eyni zamanda bu raketlərlə hədəfli vuracağı gözlənilir.

F-16 Blok 30 döyüş təyyarələrinın xüsusiyyətləri:

•Milli Missiya Kompüter

• Sistem İnterfeys Vahidi

• Üst və ön İdarə Paneli

• Yanacaq Hidravlik Göstəricisi, Mühərrik Göstərici Ekranı

• Fövqəladə Hallar Göstəricisi

• Milli Səs Təhlükəsizliyi Cihazı

• Milli Dost - Düşmən İdentifikasiyası (IFF) Sistemi

Ləman Əsədli

Twitter: lamanasadli01

• Çox Rejimli Qəbuledici

• İnertial Naviqasiya Sistemi

• İnterfeys Boşalma Bölməsi

• Mərkəzi Kokpit Ekranı və Rəngli Çoxfunksiyalı Displey inteqrasiyası daxildir.