AK partiya olaraq 14 mayda bütün dünyaya nümunə olacaq demokratiya nümayiş etdirdik - Ərdoğan

AK partiya olaraq 14 mayda bütün dünyaya nümunə olacaq demokratiya nümayiş etdirdik - Ərdoğan

Bakı, TurkicWorld:

Cümhur İttifaqı və Ədalət və İnkişaf Partiyası (AK Parti) olaraq Türkiyədə 14 may tarixində keçirilən prezident və parlament seçkilərində bütün dünyaya nümunə olacaq demokratiya nümayiş etdirdik, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Parti qərargahında çıxışı zamanı bildirib.

"Seçkilərin ikinci turunda da eyni əzmi göstərərk qalib gələnə qədər dayanmadan çalışacağıq. Terrorçularla əməkdaşlıq edən müxalifətin ölkədəki sabitliyini pozmasına imkan verməyəcəyik", - deyə prezident Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01