Sinan Oğanın ittifaq ortağı Kamal Kılıçdaroğlunu dəstəkləyir

Sinan Oğanın ittifaq ortağı Kamal Kılıçdaroğlunu dəstəkləyir

Bakı, TurkicWorld:

Sinan Oğanı prezident namizədi göstərən Türkiyənin ATA İttifaqının ortağı Ədalət partiyası seçkilərin ikinci turunda Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədri Vecdet Öz jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01