Ərdoğanla Türkiyə parlament rəhbərinin görüşü mediaya qapalı keçirilib

Ərdoğanla Türkiyə parlament rəhbərinin görüşü mediaya qapalı keçirilib

Bakı, TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyə Böyük Millət Məclisi (TBMM) rəhbəri Mustafa Şentop görüşüb.

TurkicWorld xəbər verir ki, görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01