Türkiyədə seçkilərin ikinci turunun qalibi Türk Milliyətçiliyi olacaq – Yıldırım Tuğrul Türkeş

Türkiyədə seçkilərin ikinci turunun qalibi Türk Milliyətçiliyi olacaq – Yıldırım Tuğrul Türkeş

Bakı, TurkicWorld:

Türkiyədə 15 may 2023-cü il tarixində keçirilən seçkilərin üstündən 24 saat keçib. Seçki nəticələri tam şəkildə açıqlanıb. İlkin nəticələri jurnalistlər, siyasi analitiklər, siyasi partiyalar və bütün siyasətçilər anlamağa, şərh etməyə çalışırlar. Medianı izlədiyimiz zaman yenə də bir çox şərh görürük.

Qarşımızdakı vəziyyət açıq-aydındır. Hər kəsin bildiyi kimi, XXI əsrin əvvəlindən bu günə kimi bütün dünyada milliyyətçilik mühüm dəyərlərdəndir və bu dəyər bütün müsbət və mənfi cəhətləri ilə yenidən cəmiyyətlərdə mühüm yer tutmağa başlayıb. Mən bu mövzuda 17 yanvar 2021-ci ildə “Azğın Millətçilik” adlı məqalə yazmışdım (bu yazıda cərəyanları təhlil edərək mümkün təhlükələrə diqqət çəkdim).

Bütün bu yazılar, araşdırmalar, müzakirələr ortada ikən Türkiyədə keçirilən 14 may 2023-cü il seçkilərinə hazırlıqların son ilində, hətta son altı ayında ölkənin siyasi səhnəsində iki güclü ittifaq olaraq təsvir edilən hər iki struktur bu həqiqəti unudaraq xaricdən təklif edilən və ya diqqət mərkəzində olan gündəlik küçə siyasəti populyarlığını nəzərə alaraq “niche” strukturların köməyinə ümid etdi. Bir ya da bir neçə əvvəlki seçkilərin nəticələri ya səhv şərh edilib, ya da etnik ayrı-seçkiliyin “Ehveni-Şer”(pisin içərisində yaxşı) sayılan strukturlarla əməkdaşlığın yaxşı fikir olması irəli sürülüb.

Öz düşüncələri ilə gündəlik siyasətlərində heç bir güzəştə getmədən bu strukturlara parlamentdə yer və ya öz uğurlarından pay təklif etdilər. Bu, Türkiyədəki həqiqi seçicini küsdürdüyü halda, “niş”-lərin ağzını sulandırdı.

Türk milliyətçilərinin hazırki vəziyyəti

25 ildən çoxdur davam edən milliyətçiliyin yüksəlişi qərarsızlıqlar, daxili hesablaşmalar, “kiçik olsun ama özümün olsun” yanaşması ilə yaşayanlar və hamısından vacib olaraq “Təqaüdçülər Dərnəyi” anlayışının keçmiş xatirələri ilə ovunan Türk Milliyətçiləri nə dünyada baş verənləri, nə də Türkiyədə yaşananları düzgün anlaya bildilər. Siyasətçilər, bu baxımdan, özlərinin doğru bildikləri yöndə davam etdilər.

Nəticə

Türkiyədə 15 may 2023-cü il tarixində keçirilən prezident və parlament seçkilərinə baxanda təəssüf hissi ilə bildirmək istəyirəm ki, gördüyüm nəticələr belədir:

İki fərqli görüşü olan İttifaq qrupu Türk Milliyətçiliyinə önəm verir kimi görünsələr də, əslində milliyətçiliyə önəm vermirlər və hazırda nəticələrə etiraz edərək öz siyasi mövqelərini inkişaf etdirməyə çalışırlar. ‘’Niş’’ qruplarına edilən güzəştlərin əsas seçiciləri uzaqlaşdırması və üst-üstə edilən səhvlərdən görünür ki, hələ də nəticə çıxarılmayıb.

Diqqət çəkən digər məqam isə prezident namizədi Sinan Oğanın topladığı səslər və bu səslərin nə üçün verilməsidir. Edilən bütün səhvlərə baxmyaraq, Türkiyənin Milliyyətçi Hərəkat Partiyası və İyi partiyaya veriləcək bütün səslər Sinan Oğanın səs faizində toplanıb. Nəticə olaraq, bu seçkinin tək qalibi Türk Milliyətçiliyidir.

Son olaraq, bütün bu deyilənləri ümumiləşdirərək deyə bilərəm ki, 28 may tarixində keçiriləcək seçkinin qalibi Türk Millətçiliyinə dəyər verən qurum olacaq.

Türkiyəli siyasətçi və iqtisadiyyatçı, Ədalət və İnkişaf Partiyasının Ankara millət vəkili Yıldırım Tuğrul Türkeş.

Ləman Əsədli

Twitter: lamanasadli01