İndi 14 mayda əldə etdiyimiz uğuru zəfərə aparmağın vaxtıdır - Ərdoğan

İndi 14 mayda əldə etdiyimiz uğuru zəfərə aparmağın vaxtıdır - Ərdoğan

Bakı, TurkicWorld:

28 may Türkiyə Əsrinin müjdəçisi olacaq və indi 14 mayda əldə edilən uğuru zəfərə daşımağın vaxtıdır, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi twitter hesabında bildirib.

O, həmçinin qeyd edib ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) yürütdüyü siyasətin mərkəzində milli iradə və ölkəyə xidmət etmək dayanır.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01