Son dəqiqə

Türkiyə Mahmut Özer

Zəlzələ bölgəsindən köçürülən 22 min 145 şagird geri dönüb - Mahmud Özer

Bakı. TurkicWorld:

Türkiyədə baş verən zəlzələ səbəbiylə fərqli əyalətlərə köçürülən 22 min 145 şagird öz şəhərlərinə qayıdıb.

TurkicWorld-un məlumatına görə, bu haqda Türkiyənin Milli Təhsil Naziri Mahmud Özer, öz şəxsi twitter hesabında məlumat verib.

"Zəlzələ bölgəsində təhsil sahəsinin normallaşması istiqamətində atdığımız addımlar öz müsbət nəticələrini verir. Zəlzələdən sonra müxtəlif şəhərlərə köçürülən və yaşadıqları şəhərə qayıdan tələbələrin sayı 22 min 145-ə çatıb", - deyə nazir bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində həlak olanların sayı 50 min nəfəri keçib.

Mövzuya görə xəbərlər