Önümüzdəki günlərdə Türkiyənin ən uzun avtomobil yolu tuneli olan Zigana Tunelini açacağıq - Adil Karaismailoğlu

Önümüzdəki günlərdə Türkiyənin ən uzun avtomobil yolu tuneli olan Zigana Tunelini açacağıq - Adil Karaismailoğlu

Bakı. TurkicWorld:

Önümüzdəki günlərdə Trabzon-Ərzurum oxunda dünyanın üçüncü ən uzun cüt borulu avtomobil yolu tuneli olan Zigana Tunelini açacağıq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu, Karayolları Baş İdarəsində (KGM) keçirilən 73-cü Region Menecerləri Yığıncağında çıxışı zamanı deyib.

Biz tunel tikintisində yeni zəmin yaratmışıq. Xüsusilə sahilyanı əraziləri daxili bölgələrlə birləşdirən yol oxlarımızda tunel layihələri sayəsində xidmət səviyyəsini əhəmiyyətli dərəcədə artırmışıq. Rize-Ərzurum oxundakı 14 kilometrlik Ovit Tunelinin ardınca İspir-Rize sərhəd yolunu 3 tunellə trafikə açdıq, buna görə nəqliyyat artıq mövsümi şərtlərdən asılı deyil. Yaxın günlərdə Trabzon-Ərzurum oxunda dünyanın üçüncü ən uzun qoşa borulu avtomobil yolu tuneli olan Zigana Tunelini açacağıq. Zigana Tuneli əsrlər boyu mühüm ticarət yolu olan Uzaq Asiya və İran üzərindən Trabzona çatan marşrutun möhürü olacaq və bölgənin beynəlxalq tranzit ticarətinə töhfə verəcək", - deyə Karaismailoğlu bildirib.

Qeyd edək ki, tunelin ümumi uzunluğu - 29 kilometr, eni 12 metrdir. Tuneldə tikinti işlərinə eyni vaxtda iki istiqamətdə başlanılıb. Gümüşhane vilayətində tunelin tikintisinə 2016-cı ilin aprelində, Trabzonda isə həmin ilin avqustunda başlanılıb. Tuneldə 6 ventilyasiya sistemi quraşdırılıb.

Xatırladaq ki, hazırda Türkiyədə 39 avtomobil və üç dəmir yolu tuneli fəaliyyət göstərir.