Mardin Böyükşəhər Bələdiyyəsi tender elan edib

Mardin Böyükşəhər Bələdiyyəsi tender elan edib

Bakı. TurkicWorld:

Mardin Böyükşəhər Bələdiyyəsi Ətraf Mühitin Mühafizəsi və Nəzarət İdarəsi suvarma tankeri və ekskavator icarəsi üçün tender elan edib.

Bu barədə TurkicWorld AzerPress-ə istinadən xəbər verir.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İnşaat işlərinin təhvil verilmə tarixi tenderin nəticələrinin açıqlanmasında 6 ay sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 20 aprel 2023-cü il, Türkiyə vaxtı ilə saat 11:00-a qədər “Vali Ozan Cad. Çabuk Mah. No:26/A Artuklu/Mardin” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 482 502 66 62, 482 215 19 32