Türkiyə Səhiyyə nazirliyi nəqliyyat xidməti icarəsi üzrə tender elan edib

Türkiyə Səhiyyə nazirliyi nəqliyyat xidməti icarəsi üzrə tender elan edib

Bakı. TurkicWorld:

Türkiyə Səhiyyə nazirliyinin Təkirdağ şöbəsi, Sağlamlıq Ocaqlarına bir illik xəstə transferini həyata keçirmək üçün nəqliyyat xidməti icarəsi üzrə tender elan edib.

Bu barədə TurkicWorld AzerPress-ə istinadən xəbər verir.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İnşaat işlərinin təhvil verilmə tarixi tenderin nəticələrinin açıqlanmasında 12 ay sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 24 aprel 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:30-a qədər “ 100.Yıl Mah. Hüseyin Mumcuoğlu Caddesi No:37/A 59100 Süleymanpaşa/Tekirdağ” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 282 258 22 58, 282 258 22 96