Fransa parlamentində qanlı terror təşkilatının nümayəndələrinin qəbul edilməsi parlamentin ləyaqətini alçaldır - Mustafa Şentop

Fransa parlamentində qanlı terror təşkilatının nümayəndələrinin qəbul edilməsi parlamentin ləyaqətini alçaldır - Mustafa Şentop

Bakı. TurkicWorld:

NATO üzvü Fransanın parlamentində qanlı PKK terror təşkilatının nümayəndələrinin qəbul edilməsi parlamentin ləyaqətini alçaldır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop terror təşkilatı PKK üzvlərinin Fransa Senatında ev sahibliyi edilməsi və terrorçulara medal verilməsinə münasibət bildirərkən deyib.

"Parlamentin sədri kimi deməliyəm ki, bir ölkənin parlamentində terror təşkilatının üzvlərini qəbul etməsi həmin qurumun nüfuzunu zəiflədir. Fransadan hüquqa, insanlığa və müasir etibarlı dövlət olmağın tələblərinə uyğun davranmasını gözləyirik”,- deyə Şentop bildirib.