Azərbaycan bütün gücü ilə Türkiyənin yanındadır - Rəcəb Şəkər

Azərbaycan bütün gücü ilə Türkiyənin yanındadır - Rəcəb Şəkər

Bakı. TurkicWorld:

Azərbaycan zəlzələnin ilk anlarından Türkiyəyə dəstək göstərən ölkə oldu.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Rəcəb Şəkər TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycan əlindən gələn bütün dəstəyi göstərdi.

"Azərbaycan xalqı türkiyəli qardaşlarına yardımlar göndərdi. Bu, bir daha Türkiyə-Azərbaycan qardaşlığını göstərdi. Azərbaycanlı qardaşlarımıza təşəkkürümüzü bildiririk", - deyə o qeyd edib.