Türkiyənin müdafiə naziri Londona səfər edib

Türkiyənin müdafiə naziri Londona səfər edib

Bakı. TurkicWorld:

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar britaniyalı həmkarı Ben Uollesin dəvəti ilə Londona rəsmi səfərə gedib.

TurkicWorld-in məlumatına görə, qarşıdakı danışıqlar zamanı tərəflər ikitərəfli və regional təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Nazirlər, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparacaqlar.