Bayraktar Kızılelma Amerikanın beşinci nəsil F-35 qırıcısını bir sıra göstəricilərə görə üstələyəcək

Bayraktar Kızılelma Amerikanın beşinci nəsil F-35 qırıcısını bir sıra göstəricilərə görə üstələyəcək

Bakı. TurkicWorld:

Bayraktar Kızılelma Amerikanın beşinci nəsil F-35 qırıcısını bir sıra göstəricilərə görə üstələyəcək.

TurkicWorld -un məlumatına görə, bunu Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar bildirib.

O qeyd edib ki , Kızılelma gələcəkdə klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində istifadə edilə bilər.

"Biz pilotsuz qırıcının səsdən sürətli versiyasını istehsal etməyi planlaşdırırıq. "Kızılelma" aviasiyada inqilab edəcək, o, klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində istifadə edilə biləcək.

Ola bilsin ki, pilotsuz təyyarənin ilk uçuşundan sonra onu pilotsuz təyyarə ilə müqayisə etmək düzgün olmaz.

Bir çox ölkədə istifadə edilən, lakin tam hazır olduqdan sonra eyni F-35-i bir neçə cəhətdən ötəcək”, - deyə Bayraktar bildirib.

Qeyd edək ki , keçən il dekabrın 14-də Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın ilk uçuşu uğurla baş tutub.

Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində lazımi uçuş öncəsi sınaqları tamamlandıqdan sonra saat yerli vaxtla 14:59-da havaya qalxan "Bayraktar Kızılelma" ilk uçuşunu saat 15.17-də müvəffəqiyyətlə tamamlayıb və yerə enib.

Kızılelma"nın 18 dəqiqə davam edən ilk uçuşu Türkiyə aviasiya tarixində yeni bir dövrün pərdəsini açıb. Baykarın 100% öz kapitalı ilə yola çıxardığı "Bayraktar Kızılelma" layihəsi 2021-ci ildə başlayıb. 14 Noyabr 2022-ci ildə istehsal xəttindən çıxan TC-ÖZB quyruq nömrəsi ilə Bayraktar KIZILELMA, Çorludakı AKINCI Uçuş Tədris və Test Mərkəzinə köçürülüb.

1 ay davam edən sınaqlardan sonra layihənin başlanmasından bu yana təxminən 1 il rekord müddətdə ilk uçuş həyata keçirilib.